Rusiyanın Belqorod vilayətinin Şebekinski Rayon Məhkəməsi ukraynalı qaçqınların vətənlərinə qayıtmalarına kömək edən könüllü Aleksandr Demidenkonu “qanunsuz silah alveri” işi üzrə həbs edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Pepel” həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarına istinadən xəbər verir.
Məhkəmə bildirib ki, Demidenko guya hər şeyi etiraf edib. Belə ki, kişi “partlayıcı qurğular tapıb evdə saxladığını, lakin onları polisə təhvil verməyə vaxtı olmadığını” bildirib.
“Pepel”in məlumatına görə, Demidenkonun 61 yaşı var. Oktyabrın 17-də o, Kolotilovka keçid məntəqəsində xərçəng xəstəsi olan ukraynalı qadına kömək edib.
Bundan sonra ondan və idarə etdiyi UAZ avtomobili barərə heç bir sorğu verilməyib.
Daha sonra onun həyat yoldaşı Natalya ərinin oktyabrın 20-də evə gətirildiyini və onun bədənində çoxlu qançırlar olduğunu bildirib.
Eyni zamanda, Demidenkonun mənzilində axtarış aparılıb. “Pepel”in yazdığına görə, bunu Şebekino polis əməkdaşları Qərb-Axmat alayının nümayəndələri ilə birgə həyata keçiriblər.
Demidenkonun həyat yoldaşının dediyinə görə, onlar ərinin noutbukunu və özünü müdafiə etmək üçün saxladığı "dayandoldurum" tapançanı götürüblər. Təhlükəsizlik qüvvələri mənzili tərk etdikdən sonra polisin tərtib etdiyi axtarış protokolu yoxa çıxıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB