...“Qeyri-leqal-2023” kompleks əməliyyat-profilaktiki əməliyyatının iki mərhələsində 100 minə yaxın miqrasiya qanunvericiliyinin pozulması faktı müəyyən edilib, 15 min əcnəbi vətəndaş Rusiyadan deportasiya edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Daxili İşlər Nazirliyi bəyan edib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsinin bəyanatında deportasiya edilən miqrantların hansı ölkələrdən olduğu açıqlanmasa da, son altı ayda Rusiya hakimiyyəti tacik əmək miqrantlarına misli görünməmiş təzyiq göstərərək, yüzlərlə Tacikistan vətəndaşını geri qaytarıb.
Xatırladaq ki, İyun ayında Rusiya hakimiyyəti qeyri-qanuni miqrasiyanın müəyyən edilməsi üzrə əməliyyatın birinci mərhələsini “Qeyri-qanuni 2023” elan edib, ikinci mərhələ isə oktyabrda həyata keçirilib. Daxili İşlər Nazirliyi bildirir ki, bundan sonra belə reydlər və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə davamlı olaraq həyata keçiriləcək.
...Kimi aldadırsan, ay zalım oğlu...
Deməli, Rusiya hakimiyyəti “Qeyri-qanuni 2023” əməliyyatını qeyri-qanuni miqrasiyaya qarşı mübarizə vasitəsi kimi səciyyələndirsə də, əslində bu rus polisinin miqrantlara qarşı zorakılığı, təbliğat-təhriki, rüşvətxorluğu və miqrantlara qarşı təzyiqlərin artırılması onları Ukraynadakı müharibəyə cəlb etmək üsulu kimi qiymətləndirilməlidir.
Bu yaxınlarda Rusiya KİV-lərindən biri miqrantların ilk növbədə müharibədə iştirak etmək üçün çağırılmalı olan 22 kateqoriyaya aid edildiyi sənədləri dərc edib.
Rusiyada miqrantlara qarşı “hərbi” reydlərin keçirildiyi faktı ən azı 2023-cü ilin yayından məlumdur. Polis mütəmadi olaraq İslam dininin əsas dini hesab olunduğu bölgələrdən olan insanlar üçün bazarlarda, ibadət evlərində və digər insanların toplaşdığı yerlərdə reydlər keçirir, onları hərbi komissarlıqlara aparır, onlardan hərbi xidmətlə bağlı müqavilə bağlamaq tələb olunur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB