Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken Şimali Koreya və Rusiyanın bir-birinə hərbi dəstək verdiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Entoni Blinken Cənubi Koreyanın paytaxtı Seulda həmkarı Park Jin ilə görüşüb.
Görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən Entoni Blinken Şimali Koreya və Rusiyanın bir-birinə qarşılıqlı hərbi dəstək verdiyini bildirib.
Entoni Blinken deyib:"Şimali Koreya Ukraynadakı təcavüzünü davam etdirmək üçün Rusiyaya hərbi texnika verir, Rusiya isə Şimali Koreyaya hərbi proqramları üçün texnologiya və dəstək verir. Bu, əsl narahatlıq doğuran məsələdir".
Entoni Blinken Park Jin ilə keçirdikləri görüşdə Rusiyanın Şimali Koreyaya hərbi texnologiya dəstəyinin qarşısını almaq üçün çəkindirici tədbirləri də müzakirə etdiklərini söyləyib.
Rusiyanın Ukraynada törətdiklərinə dəstək verən bütün ölkələrə, o cümlədən Şimali Koreyaya qarşı əməkdaşlığı davam etdirəcəklərini qeyd edən Entoni Blinken Çinin isə Şimali Koreya ilə “unikal” münasibəti olduğunu ifadə edib.
Cənubi Koreyanın xarici işlər naziri Park Jin isə Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıq və Şimal-Şərqi Asiyada gərginliyi artıran silah müqavilələrinin Çinin maraqlarına xidmət etməyəcəyini vurğulayıb.
Park Jin deyib: "Cənubi Koreya və Amerika Birləşmiş Ştatları Çini bu təhlükəli hərəkətlərin baş verməsinin qarşısını almaqda rol oynamağa təşviq etmək üçün səy göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB