Almaniyanın İsrailə silah ixracı üçün icazələri neçə dəfə artıb?

“Deutsche Presse” xəbər agentliyinin Federal İqtisadiyyat Nazirliyinə istinadən yazdığı xəbərə görə ...
Almaniyanın İsrailə silah ixracı üçün icazələri neçə dəfə artıb?

Almaniya hökuməti İsrailə silah ixracı üçün icazələri xeyli artırıb. Hökumət noyabrın 2-dək təxminən 303 milyon avro dəyərində ixraca icazə verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu rəqəm bütün 2022-ci il üçün verilən təxminən 32 milyon avroluq icazədən təxminən 10 dəfə çoxdur.

“Deutsche Presse” xəbər agentliyinin Federal İqtisadiyyat Nazirliyinə istinadən yazdığı xəbərə görə, təsdiqlər xüsusilə hava hücumundan müdafiə və rabitə vasitələri üçün komponentlərlə bağlıdır. Bu il indiyədək verilmiş 218 fərdi ixrac icazəsinin böyük əksəriyyəti “Həmas”ın 7 oktyabrda İsrailə hücumundan sonra verilib. O vaxtdan bəri İsraildən 185 ixrac icazəsi ərizəsi işlənib.

Nazirliyin məlumatına görə, “Almaniya hökuməti mövcud vəziyyətlə əlaqədar olaraq İsrailə hərbi texnikanın ixracı üçün müraciətlərə üstünlük verir”.

Əsasən zirehli texnika kimi hərbi texnika ixrac edilir

Verilən məlumata görə, döyüş silahları ümumi həcmin 6 faizini təşkil edib və dəyəri 19 milyon avrodan bir qədər az olub. “Aslan payı” 284 milyon avrodan bir qədər az olan digər müdafiə avadanlıqlarından ibarətdir. Bu kateqoriyaya zirehli maşınlar, təhlükəsizlik şüşələri və hərbi yük maşınları daxildir.

Almaniya hökuməti cəlb olunan yerli şirkətlərini müəyyən etməmək üçün tədarüklərin təfərrüatlarını vermir.

2022-ci ildə döyüş silahları İsrailə verilmiş ixrac icazələrinin ümumi həcminin 2 faizindən bir qədər çoxunu təşkil edirdi. Fərdi böyük sifarişlər statistikadakı dalğalanmalara böyük təsir göstərə bilər.

Qeyd edək ki, Almaniya və İsrail uzun müddətdir müdafiə sektorunda sıx əməkdaşlıq edir. İsrailin baş naziri Benyamin Netanyahu 2023-cü ilin mart ayında Berlinə səfəri zamanı Almaniya kansleri Olaf Şolz onunla iki ölkə arasında olan bu əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə