Ukrayna Silahlı Qüvvələri "Hawk" raket sistemlərini öyrənirlər

Ukrayna Silahlı Qüvvələri "Hawk" raket sistemlərini öyrənirlər

İspaniya ordusunun zenit-artilleriya alayı xeyli sayda ukraynalı hərbçiyə “Hawk” raket sisteminin istifadəsi və texniki xidməti üzrə yeni təlim kursu keçirir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İspaniya Baş Qərargahı öz saytında bildirib.

Qeyd olunur ki, nəzəri və praktiki təlimlər Dos Hermanasda (Sevilya) həyata keçirilir.

“Bu məqsədlə təlimatçılar dəstəsinə qoşulmaq üçün yüksək ixtisaslı və təcrübəli alayın şəxsi heyəti seçilib. Onların sayəsində ukraynalı personal intensiv təhsil və təlim proqramı vasitəsilə “Hawk” zenit sistemini idarə etmək üçün lazımi bacarıq və biliklərə yiyələnəcək”.

Məlumatda bildirilir bu.

Qeyd edək ki, “Hawk” həm təyyarələr, həm raketlər, həm də pilotsuz uçuş sistemləri ilə mübarizə aparmağa qadirdir.

Daha əvvəl bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin pilotları Arizonadakı hava qüvvələri bazasında “F-16” qırıcılarını idarə etmək üçün təlimlərə başlayıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə