Türkiyə qəzzalılar üçün tibbi yardım gəmisi göndərəcək

Türkiyə qəzzalılar üçün tibbi yardım gəmisi göndərəcək

Türkiyə qəzzalılara yardım etmək məqsədilə içində səhra xəstəxanaları, dava-dərman, təcili yardım maşını və istehlak materialları olan yardım gəmisini Misirə göndərəcək.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən Qəzzaya yardım üçün göndəriləcək gəmi sabah Türkiyə vaxtı ilə saat 14.00-da İzmirin Alsancak limanında yüklənəcək.
Gəmidə əməliyyat otaqları və reanimasiya şöbələri olan, hər cür iqlim şəraitinə davamlı, tam təchiz olunmuş səhra xəstəxanaları və tam təchiz olunmuş şişmə tipli səhra xəstəxanaları, həmçinin bu xəstəxanalarda istifadə olunacaq dərmanlar və istehlak materialları olacaq.
Bölgəyə həmçinin tam təchiz olunmuş 20 təcili yardım maşını və Milli Tibbi Xilasetmə Qrupunun (UMKE) avtomobilləri və generatorları göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə