''İsrail özünü beynəlxalq hüquq normaları çərçivəsində müdafiə etməlidir''

''İsrail özünü beynəlxalq hüquq normaları çərçivəsində müdafiə etməlidir''

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu, lakin bunu beynəlxalq hüquq normaları çərçivəsində etməsinin vacibliyini vurğulayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, G-7 xarici işlər nazirlərinin toplantısı çərçivəsində Yaponiyada səfərdə olan Ceym Kleverli bu ölkənin NHK telekanalına müsahibə verib.
Son bir ayda Yaxın Şərqdə artan gərginliyə toxunan Kleverli İsrailin Qəzza zolağına hücumlarını xatırladaraq, “beynəlxalq hüquq” normalarına diqqət çəkib.
İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu xatırladan Ceyms Kleverli deyib:“Lakin özünü beynəlxalq hüquq normaları çərçivəsində müdafiə etməlidir''.
Britaniyalı nazir həmçinin Qəzza zolağında toqquşmaların dayandırılması və bölgəyə daha çox humanitar yardımın çatdırılması ilə əlaqədar çağırış edib.
Xatırladaq ki, ''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
İsrail də buna cavab olaraq Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.

Bütün xəbərlər Facebook səhifəmizdə