Suriya ordusu İdlibə hücum edib

Bəşər Əsəd rejimi qüvvələrinin İdlibin Teftenez qəsəbəsində həyata keçirdiyi hücumda 1 mülki şəxs ölüb, 5 mülki şəxs yaralanıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İdlibin Talhiyə kəndində yerləşdirilən Suriya ordusu və İranın dəstəklədiyi xarici terrorçu qruplar İdlibin şimal-şərqindəki Teftenez bölgəsinə qurudan-quruya silahlarla hücum edib.

Mülki Müdafiə (Ağ Dəbilqəlilər) mənbələrindən alınan məlumata görə, hücum nəticəsində 1 mülki şəxs həlak olub, 1-i uşaq olmaqla 5 mülki şəxs yaralanıb.

Yaralılar ətraf xəstəxanalara çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə