Rusiya prezidenti Vladimir Putin səfərbər olunanların xüsusi hərbi əməliyyatın sonuna qədər iştirakına qərar verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Aleksandr Sladkov öz məqaləsində danışır.
“...İndi hamı bərabərdir. Hamı xüsusi hərbi əməliyyatın sonuna qədər döyüşür. Bir çox ailələr məndən bu vəziyyətə münasibət bildirməyimi xahiş edirlər. Nə şərh etməliyəm? Bu sualı (tərxis etmə və mümkünsə döyüş hissələrinin daimi dislokasiya məntəqələrinə göndərilməsi ilə əvəz edilməsi) Rusiya prezidentinə jurnalistlərlə son görüşündə verdim”.
Sladkovun sözlərinə görə, səfərbər olanların bir çox yaxınları “bu reallıqla barışmaqda” çətinlik çəkirlər. Bununla belə, o qeyd edib ki, hakimiyyət və polis səfərbər olanların taleyini xatırlatmaq istəyənlərə diqqət yetirir, onların təşkil etdiyi tədbirləri heç kim dağıtmır...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB