15 yaşlı Adam Kadırov daha bir ordenlə təltif edilib

15 yaşlı Adam Kadırov daha bir ordenlə təltif edilib

Çeçenistanın rəhbəri Ramzan Kadırov oğlu Adamın Kabardin-Balkarın ali mükafatı - Respublika qarşısında xidmətlərinə görə ordenini aldığını açıqlayıb.

Kadırovun sözlərinə görə, mükafatı şəxsən Kabardin-Balkarın rəhbəri Kazbek Kokov “millətlərarası və konfessiyalararası sülh və harmoniyanın möhkəmlənməsinə verdiyi mühüm töhfəyə görə” təqdim edib.

SİA-nın əldə etdiyi məlumata görə, hələ ki, respublikanın rəsmi portalında belə bir məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəl 15 yaşlı Adam Kadırov Tatarıstanın ikinci ən əhəmiyyətli “Duslık” ordeni və Qaraçay-Çərkəz Respublikasına xidmətlərinə görə ordeni ilə təltif edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə