Mahmud Abbasa hücum-filan olmayıb, yalanmış...

Mahmud Abbasa hücum-filan olmayıb, yalanmış...

Fələstin prezidenti Mahmud Abbasın administrasiyası Fələstin liderinin kortejinin atəşə tutulması xəbərini təkzib edib.

SİA-nın əldə etdiyi məlumata görə, “RİA Novosti” bu barədə Abbas administrasiyasındakı mənbəyə istinadən xəbər verir. Deyilənlərə görə, bu doğru deyil, yalanmış, Abbasın karvanında atışma olmayıb.

Belə ki, Abbasın administrasiyası sosial şəbəkələrdə Abbasın karvanına hücumun göstərildiyi iddia edilən videonun əslində Cəlazun qaçqın düşərgəsində baş verən qarşıdurma zamanı çəkildiyinə də aydınlıq gətirib.

Mənbənin sözlərinə görə, kadrlarda təhlükəsizlik qüvvələri ilə axtarışda olan cinayətkarın qarşıdurması əks olunub.

“Fələstin prezidenti Mahmud Abbas tam sağlamdır və Ramallahdakı ofisində işləyir”, - mənbə bildirib.

Xatırladaq ki, bundan əvvəl mediada Fələstin prezidenti Mahmud Abbasın kortejinə hücumla bağlı məlumatlar yayılmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə