Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın UNESCO Baş Konfransının Parisdə keçirilən 42-ci sessiyasında Rusiya nümayəndə heyətinin iştirakını pozduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.
Zaxarovanın sözlərinə görə, Paris Rusiya nümayəndə heyətinin nümayəndələrinə viza verməyib.
...Biz Fransanın UNESKO-nun rəhbər orqanlarının işində iştirak etmək üçün bu ölkəyə səfər edən Rusiya Federasiyasının nümayəndələrinə viza verilməsi ilə bağlı öhdəliklərini kobud şəkildə yerinə yetirməməsinə diqqəti cəlb etməyə məcburuq. Bu, sistemli xarakter alıb.
Bunu deyən Zaxarova onu da əlavə edib ki, bu yolda nümayəndə heyətləri rəhbərinin müavini, Rusiya Xarici İşlər Nazirliyinin çoxtərəfli humanitar əməkdaşlıq və mədəni əlaqələr departamentinin direktoru Aleksandr Alimov, eləcə də UNESKO üzrə Rusiya Federasiyası Komissiyasının əməkdaşı, rabitə və informasiya məsələlərinə cavabdeh olanın qarşısı alınıb.
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, Moskva UNESKO-nu müvafiq tədbirlər görməyə və Rusiyadan gələn nümayəndə heyətinə viza verməyə çağırır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB