Rusiyada pasporları əllərində alınan özbəkləri pulsuz işlədirmişlər...
Rusiyada 100-dən çox Özbəkistan vətəndaşının pasportları əlindən alınaraq, onları maaşsız işləməyə məcbur ediblər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri respublikanın Xarici İşlər Nazirliyi yanında “Dunya” agentliyi yayıb.
Xəbərə görə, Özbəkistanın Yekaterinburqdakı Baş Konsulluğunun əməkdaşları Xarici Əmək Miqrasiyası Agentliyinin nümayəndələri ilə birlikdə Rusiyanın Ural Federal Dairəsində məcburi əməyə cəlb edilmiş vətəndaşların vətənlərinə qayıtmasına köməklik ediblər.
Bu arada Özbəkistanın bir neçə vətəndaşı Sverdlovsk vilayətindəki “Reftinskaya quşçuluq fabriki” müəssisəsinin işçiləri ilə bağlı şikayət ərizəsi ilə Xarici Əmək Miqrasiyası Agentliyinin Yekaterinburqdakı nümayəndəsi ilə əlaqə saxlayıb.
Onlar bildirdilər ki, pasportları müsadirə olunub, özləri də işləməyə məcbur ediliblər, miqrantlar işlərinə görə maaş almayıblar.
Məlum olub ki, həmin vətəndaşlar Rusiyada işləmək üçün quşçuluq fermasına rəsmi qeydiyyat olmadan gətirilib. Müəssisənin rəhbərliyi ilə aparılan danışıqlardan sonra 53 özbəyin pasportları qaytarılıb və sonradan onların da vətənə qayıtmalarına köməklik edilib.
Qalan vətəndaşlar isə Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən Yekaterinburq və Moskvada qanuni şəkildə fəaliyyətlərini davam etdirmək istəklərini bildiriblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB