''Həmas'' tərəfindən mühasirə altındakı Qəzza zolağında saxlanılan israilli girovların ailələri hökumətə yaxınlarını tezliklə evlərinə qaytarması ilə əlaqədar çağırış edib. Bəzi ailələr isə ''utanın'' deyərək parlamentdəki millət vəkillərinə reaksiya verib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, oktyabrın 7-də Həmas tərəfindən əsir götürülən israillilərin ailələri və onları dəstəkləyənlər Qərbi Qüdsdə İsrail parlamentinin qarşısında toplaşıblar.
''Həmas''ın Qəzza zolağında saxladığı israilli girovların ailələri tərəfindən yaradılan Qaçırılan və İtkin Ailələr Təşəbbüsünün təşkil etdiyi nümayişə yüzlərlə adam qatılıb. Onlar girov götürülən israillilərin fotolarını daşıyıblar.
İsrailli girovların ailələri “İndi” şüarlarını səsləndirərək, əzizlərinin azad edilməsini tələb ediblər. Bəzi ailələr də İsrail parlamentində millət vəkillərinə “Utanın'' deyərək reaksiya verib.
Çiyninə asılmış avtomatik tüfəng və belində tapança ilə ailələrin nümayiş keçirdiyi əraziyə gedən ifrat sağçı ''Yəhudi Gücu'' partiyasının millət vəkili Almoq Koen israilli girovların ailələri ilə mübahisə edib.
İsrail ordusu Qəzza zolağında ''Həmas'' tərəfindən saxlanılan 242 israilli məhbusun olduğunu bildirib.
Amerika Birləşmiş Ştatlarında (ABŞ) Fələstinə dəstək məqsədilə keçirilən ölkə tarixindəki ən böyük nümayişdə İsrailin Fələstinə etdiyi hücumlar “soyqırım” kimi qiymətləndirilib.
Paytaxt Vaşinqtonda keçirilən Fələstinə dəstək nümayişində etirazçılar prezident Co Bayden hökumətinin İsrailə verdiyi dəstəkdən məmnun olmadıqlarını dilə gətirib.
Nümayişçilər hökuməti Qəzzada atəşkəs elan etməyə və ABŞ-ın İsrailə yardımını dayandırmağa çağırıb.
Meksikada da minlərlə insan İsrailin Qəzzaya hücumlarına etiraz edib.
Paytaxt Mexikoda toplaşan 100-ə yaxın qeyri-hökumət təşkilatının üzvləri və vətəndaşlar İsrailə reaksiya veriblər.
Etirazçılar Mexiko şəhərinin tarixi meydanı və Prezidenti İqamətgahının yerləşdiyi əraziyə doğru yürüş ediblər.
Nümayişçilər dərhal atəşkəsə çağırıb və “Azad Fələstin'' ilə ''Qətliamı dayandırın'' kimi şüarlar səsləndiriblər.
İtaliyanın Neapol Orientale Universitetinin bir qrup tələbəsi də Fələstinə dəstək üçün etiraz aksiyası keçirib.
Tələbələr Fələstinə dəstək üçün Neapol Orientale Universitetinin mərkəzi binası olan Giusso Sarayında toplaşıblar.
Nümayişçilər sarayın eyvanında “Qələbəyə qədər Fələstinlə” yazılmış pankart qaldırıblar.
Qazaxıstan hökuməti Fələstin xalqına 1 milyon dollar dəyərində humanitar yardım etdiklərini bildirib.
Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov Qazaxıstan hökumətinin ayırdığı yardımın 70 ildir Fələstin xalqına təcili yardım göstərən Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Agentliyinin hesabına köçürüldüyünü açıqlayıb.
''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb. İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan fələstinlilərin sayı on mini keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



