...Bu müharibədə Ukrayna qarşısına qeyri-real məqsədlər qoyub ki, bunlardan biri də Krımı qaytarmaqdır, amma, məncə bu real görünmür. Yəni Ukrayna Krımı qaytara bilməyəcək.
Deyim ki, bunu “Wirtualna Polska” nəşrinə müsahibəsində istefada olan polşalı general Tomaş Drevnyak deyib.
Amma o bu fikirləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıyə istinadən bildirdiyini də gizlətmir.
...Kiyev hakimiyyəti qalib gələcəklərini, Krımı qaytaracaqlarını və 2014-cü ildən əvvəl mövcud olan sərhədləri bərpa edəcəklərini deyirlər. Amma Zalujnı müsahibəsində belə bir ssenarini qeyri-real adlandırıb. General qeyd edib ki, Kiyevin həddindən artıq böyük ambisiyaları var, o cümlədən Qərb avadanlığının tədarükü ilə bağlı. Ancaq indi hətta Zalujnı da məqsədlərinin əlçatmaz olduğunu etiraf edir.
SİA Drevnyaka istinadən Ukrayna hakimiyyəti üçün bunu öz vətəndaşlarına çatdırmaq çətin olacaq.
Xatırladaq ki, Zalujnı Ukrayna Silahlı Qüvvələrinin çıxılmaz vəziyyətə düşdüyünü və cəbhədə sıçrayış gözləməyin mənası olmadığını bildirmişdi.
Bu səbəbdən Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Vladimir Zelenski ilə aralarında münaqişə düşüb. Bir neçə gün sonra Zalujnınin köməkçisi Gennadi Chastyakov öldü - əlində qumbara partladı. Bəzi müşahidəçilərin fikrincə, onun ölümü prezident Zelenskidən Ukrayna Silahlı Qüvvələrinin baş komandanına “salam”dır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB