Diplomatiyada yeni zamanın başlanğıcı..?

Türkiyənin xarici işlər naziri Fidan nəinki hava limanında Blinkeni qarşılamağa gəlmədi, həm də dünya mediasında qızğın müzakirə olunan danışıqlardan əvvəl onun qucağından açıq-aşkar yayındı
Diplomatiyada yeni zamanın başlanğıcı..?

...Bu arada rusiyalı senator Aleksey Puşkov, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qəzza zolağındakı vəziyyətə görə ABŞ-ın dövlət katibi Antoni Blinkeni qucaqlamadığını qeyd edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə senator öz Telegram kanalında yazır.

...Türkiyənin xarici işlər naziri Fidan nəinki hava limanında Blinkeni qarşılamağa gəlmədi, həm də dünya mediasında qızğın müzakirə olunan danışıqlardan əvvəl onun qucağından açıq-aşkar yayındı.

Bunu yazan Puşkov, Blinkenin Türkiyə və Səudiyyə Ərəbistanında soyuq qarşılanmasını Qəzza zolağında baş verənlərə reaksiya kimi dəyərləndirib.

Puşkovun fikrincə, bu, diplomatiyada yeni zamanın başlanğıcı deməkdir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken Ankarada danışıqlar zamanı Qəzza zolağının əhalisinin tam təxliyəsi üçün planların olmadığını və hərbi əməliyyatlarda hansısa fasilənin müzakirə oluna biləcəyini bildirmişdi.

Yeri gəlmişkən, Blinken və onu müşayiət edən rəsmilər Ankarada olarkən ABŞ-ın yeni qurbanların qarşısını almaq üçün səylərini gücləndirmək niyyətində olduğunu desə də, amma...nəynə ay...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə