Albaniya İtaliyaya gələn miqrantları müvəqqəti olaraq yerləşdirəcək
İtaliya və Albaniya Aralıq dənizi vasitəsilə İtaliyaya gələn miqrantların böhranını həll etmək üçün birgə işləmək barədə razılığa gəliblər. Bazar ertəsi Romada keçirilən görüşdə hər iki ölkənin baş nazirləri Corc Meloni və Edi Rama Albaniyada qaçqın düşərgələrinin tikilməsinə dair saziş imzalayıblar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onlar eyni vaxtda üç minə qədər insanı qəbul edə biləcəklər.
Düşərgələrin tikintisini İtaliya maliyyələşdirəcək. Onlar İtaliyanın yurisdiksiyasında olacaqlar. Albaniya onların təhlükəsizliyini təmin edəcək. Miqrantlar İtaliya sığınacaq iddialarını icra etdiyi müddətdə orada qala biləcəklər. Sığınacaq müraciətləri rədd edilərsə, miqrantlar deportasiya ediləcək.
Giorgia Meloni deyib ki, əgər İtaliya səlahiyyətliləri sığınacaq tələblərinə tez baxsalar, ildə 36 minə qədər miqrant belə düşərgələrdən keçə bilər. Bu, İtaliyadakı qaçqınların qəbulu mərkəzlərinin xroniki sıxlığını aradan qaldırmağa kömək edəcək. Meloni vurğulayıb ki, qeyri-qanuni miqrasiya Avropa İttifaqının əsas problemlərindən birinə çevrilib və heç bir Avropa İttifaqı ölkəsi bunu təkbaşına həll etmək iqtidarında deyil.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB