ABŞ-ın Çinlə iqtisadi əlaqələri kəsməsi fəlakət olar...

ABŞ-ın Çinlə iqtisadi əlaqələri kəsməsi fəlakət olar...

Çinlə iqtisadi əlaqələr kəsilərsə, ABŞ fəlakətli nəticələrlə üzləşəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ-ın maliyyə naziri Janet Yellen bildirib.

Amerika departamentinin rəhbərinin sözlərinə görə, belə bir addım milli maraqlara zidd olardı. O, Vaşinqtonun Pekinlə sağlam iqtisadi rəqabətə yönəldiyini, bunun hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.

Yellenin sözlərinə görə, ABŞ digər ölkələrin iqtisadiyyatını sıxışdırmağa çalışmır.

O əlavə edib ki, Çin və ABŞ mövcud fikir ayrılıqlarının münaqişəyə çevrilməsinə imkan verməməlidir.

“Lakin biz onu da bilirik ki, əlaqələrimiz böhranın idarə edilməsi ilə məhdudlaşa bilməz”, - nazir qeyd edib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Çinin ABŞ-dakı keçmiş səfiri Cui Tiankai Vaşinqton və Pekin arasında mümkün münaqişəni dünya üçün fəlakət adlandırmışdı. O, hər iki ölkəni belə bir ssenarinin inkişafının qarşısını almaq üçün birgə səy göstərməyə çağırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə