“Bu, Ukraynanın son 620 gündə yaşadıqlarına qarşı təhqirdir...”

“Bu, Ukraynanın son 620 gündə yaşadıqlarına qarşı təhqirdir...”

Ukrayna Prezidentinin Aparatı, dəqiq desək, müşavir Mixail Podolyak prezident seçkilərində iştirak etmək arzusunu açıqlayan və Rusiya Federasiyası ilə hansısa barışıq haqqında bəyanatlar verən Ukrayna Prezidentinin Aparatının keçmiş müşaviri Aleksey Aretoviçi sərt şəkildə tənqid edib.

“...Təəssüf ki, bizdə həmişə öz ambisiyalarını obyektiv reallıqlardan və ya bütövlükdə ölkənin maraqlarından üstün tutan çoxlu insanlar var. Bu cür rəvayətlər Ukrayna üçün mümkün qədər təhqiramizdir. Kimsə "hamımız uduzduq” deyəndə, biz isə Rusiya ilə barışmaq üçün onun qarşısında diz çökməyə borcluyuq...”.

Mixail Podolyak bildirib bunu.

Onun sözlərinə görə, bu, həlak olan əsgərlərin xatirəsinə, onların ailələrinə təhqirdir: “Bu, ümumilikdə Ukraynanın son 620 gündə yaşadıqlarına qarşı təhqirdir”.

Yeri gəlmişkən, Aleksey Arestoviç Ukraynada prezidentliyə namizəd olmaq niyyətindədir. O artıq dövlət başçısı postuna namizədliyini irəli sürəcəyini bildirib.

Deyilənlərə görə, o artıq proqramını yazdığı, “müzakirəyə başlamaq üçün” Telegram-da paylaşdığı bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə