HƏMAS 6 İsrail tankını məhv etdiyini bildirib

HƏMAS 6 İsrail tankını məhv etdiyini bildirib

Fələstinin HƏMAS radikal hərəkatının yaraqlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları iddia edir ki, onun döyüşçüləri Qəzza şəhərinin şimal-qərbində altı İsrail tankını məhv edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qrupun Telegram kanalında yayımlanan mesajda deyilir: “İzzəddin əl-Qəssam Briqadalarının döyüşçüləri Qəzza şəhərinin şimal-qərbində işğalçı qüvvələrə hücum edib və Əl-Yasin-105 mərmiləri ilə beş tankı məhv ediblər”.

Bir neçə dəqiqə sonra İzzəddin əl-Qəssam Briqadaları bu hücum zamanı İsrail ordusunun altıncı tankının məhv edildiyini açıqladı. Bundan əlavə, onlar binalardan birində gizlənən İsrail xüsusi təyinatlılarına hücum ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə