Puşilin Mariupol merini vəzifəsindən azad edib

Puşilin Mariupol merini vəzifəsindən azad edib

Donetsk Xalq Respublikasının (DXR) rəhbəri Denis Puşilin Mariupol şəhərinin meri Oleq Morqunu tutduğu vəzifədən azad edib.

SİA TASS-a istinadən xəbər verir ki, müvafiq sənəd Rusiya vilayətinin rəhbərinin saytında dərc olunub.

“Oleq Valeriyeviç Morqunun Mariupol şəhərinin administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında” - bazar ertəsi imzalanmış sənədin mətnində belə deyilir.

Donetsk Xalq Respublikasının rəhbərinin digər fərmanı ilə Morqun administrasiya rəhbərinin seçilməsinə qədər olan müddətə Mariupolun rəhbərinin səlahiyyətlərini icra edən təyin edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə