ABŞ Ermənistan ordusuna təlim keçəcək

ABŞ Ermənistan ordusuna təlim keçəcək

ABŞ Ermənistana hərbçilərin peşəkar və döyüş hazırlığı sahəsində yardım etməyə başlayacaq. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, bu barədə Ermənistan müdafiə nazirinin birinci müavini Edvard Asryan və ABŞ Avropa Komandanlığının komandanının müavini general-leytenant Stiven Başam arasında Ştutqartda keçirilən görüşdə bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, Vaşinqton İrəvana kiçik zabit heyətini gücləndirməkdə, komandanlıq və idarəetmə sistemini modernləşdirməkdə kömək edəcək.

Amerikalı mütəxəssislər həmçinin erməni hərbçilərinə sülhməramlı əməliyyatlarda, hərbi tibbin, təhsilin eləcə də döyüş hazırlığının təkmilləşdirilməsində kömək edəcəklər,

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın da daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) dəfələrlə tənqid edib.

O, Ermənistanın blokdan çıxacağını da istisna etməyib. Oktyabrda Ermənistanın baş naziri ölkəsinin hələlik KTMT-də qalacağına söz vermişdi, çünki o, digər iştirakçılar arasında anlaşılmazlığın olmasını istəmirdi.

“Biz məsələlərin müzakirəsi mərhələsindəyik, çünki biz KTMT-nin hər hansı məsələdə bizi səhv başa düşməsini və KTMT-ni səhv başa düşməmizi istəmirik”-deyə Paşinyn bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə