Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampı səfərə dəvət edərək, ona ölkədə sülhün qısa müddətdə əldə edilməsinin mümkünsüzlüyünü sübut edəcəyini vəd edib.
...Zelenski Trampın hakimiyyətə gələrsə, 24 saat ərzində Ukraynadakı münaqişəyə son qoyacağı ilə bağlı açıqlamalarına cavab verib.
Bundan əlavə, Ukrayna prezidenti qeyd edib ki, o, Trampın yenidən prezident seçiləcəyi təqdirdə Kiyev rejiminə dəstəyi azaldacağını bilmir. Eyni zamanda, Zelenski hesab edir ki, siyasətçi yardımı tamamilə dayandıra bilməyəcək, çünki ABŞ sakinləri münaqişədə ukraynalılara əlavə dəstəyin tərəfdarı olduqlarını iddia edirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bir müddət bundan əvvəl Donald Tramp Texasda çıxışı zamanı Vaşinqtonun Ukrayna ilə bağlı işlərinin pis getdiyini bildirmişdi.
Deyilənlərə görə, ölkənin mediası artıq Ukrayna münaqişəsindən danışmır və bu, hazırda ciddi uğurların və ya qəbul edilmiş qərarların olmadığını göstərə bilər.
Yada salaq ki, Britaniyanın “The Spectator” jurnalının köşə yazarı Svetlana Morenets qeyd edib ki, Ağ Evin rəhbəri Cozef Bayden amerikalılara izahat vermək getdikcə çətinləşdiyindən Ukrayna ilə bağlı ritorikasını dəyişmək məcburiyyətində qalıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB