...Özbəkistan vətəndaşı Çelyabinskdə səkkiz aydır ki, deportasiyasını gözləyir. O, qeydiyyat qaydalarını pozduğuna görə miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.
Dediyinə görə, beş yaşlı qızı da yanındadır və Özbəkistanda isə bir yaş yarımlıq uşağı qalıb.
SİA-nın əldə etdiyi məlumata görə, özbək qadın iddia edir ki, onun deportasiyası barədə məhkəmə qərarı olsa belə, onu və qızını vətəninə göndərmirlər.
“Artıq məhkəmənin qərarı gəlib. Sənədə görə, biz 15 gün ərzində Rusiyanı tərk etməliyik, amma deyirlər ki, hələ də başqa qərar lazımdır. Məhkəmə oktyabrın 13-də olub və demək olar ki, vaxt qalmayıb. Burada mənimlə 5 yaşlı qızım, Özbəkistanda isə başqa bir yaş yarımlıq qızım məni gözləyir. Yoldaşım yoxdur, xahiş edirəm kömək edin”.
Qeyd edək ki, qadın sosial şəbəkələrdə yayılan videoda ağlayaraq bunları deyir.
Maraqlıdır ki, qadın Özbəkistan səfirliyinin onun vəziyyətinə heç bir reaksiya vermədiyini iddia edir.
“Nə səfirlik, nə də konsul mənə əhəmiyyət vermir. Xahiş edirəm, özbəklər, evə getməyimə kömək edin. Məni evdə başqa bir qızım gözləyir. Burada heç bir şərait yoxdur, soyuqdur, ilk qar artıq yağıb”, - miqrant deyir.
...Əgər vətəndaş miqrantların müvəqqəti saxlanma məntəqəsinə düşmüşdürsə, bu o deməkdir ki, o, Rusiya Federasiyasının ərazisində qalma qaydalarını pozub. Belə olan halda, təəssüf ki, biz heç bir şəkildə Rusiya Federasiyasının işlərinə kömək edə və ya müdaxilə edə bilmərik. Amma bu vətəndaşın sənədləri ilə bağlı hər hansı problem olarsa, sənədləri yoxdursa və ya etibarlılıq müddəti bitibsə, biz ona müvəqqəti arayış verə bilərik.
Maraqlıdır ki, bunu Özbəkistanın Yekaterinburqdakı Baş Konsulluğunun əməkdaşı Zebinisso Xuşvaktova bildirib.
Bununla belə o, Miqrantların Müvəqqəti Saxlama Mərkəzindən deportasiyasının ləngiməsinin səbəbini öyrənəcəyini vəd edib.
...Yeri gəlmişkən, bu yaxınlarda bu mərkəzdə deportasiyasını gözləyən kişilər, müəssisə rəhbərliyinin onları Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa və müharibəyə göndərməyə məcbur etməyə çalışdıqlarını bildirmişdilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB