Rusların üç “İsgəndər-K” raketi məhv edilib..?

Rusların üç “İsgəndər-K” raketi məhv edilib..?

...Noyabrın 4-ü axşam saatlarında hava hücumundan müdafiə qüvvələri rusların üç “İsgəndər-K” raketini məhv ediblər.

SİA Ukrayna saytlarına istinadən xəbər verir ki,

bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

“...Ötən gecə, noyabrın 4-də düşmən Dnepropetrovsk və Poltava vilayətlərinə qanadlı və ballistik raketlərlə hücum edib. Görülən əks tədbirlər nəticəsində Ukrayna Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri üç "İskəndər-K" qanadlı raketini məhv edib”, - məlumatda deyilir. .

Bu arada Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak, noyabrın 4-də “Sxid” VK-nın hərbçilərinin Dnepr vilayəti üzərində 3 raket vurduqlarını bildirib.

Qeyd edək ki, Poltava vilayətində vurulan raket qalıqları yaşayış binalarına xeyli ziyan vurub.

Bu barədə Poltava Regional Dövlət Administrasiyasının rəhbəri Filip Pronin bildirib. Onun dediyinə görə, rusların Poltava vilayətinə hücumu Mirqorod rayonunda bir neçə yaşayış binasına ziyan vurub.

Bundan əlavə, hücum zamanı yaralananlar arasında iki uşaq da var. Təəssüf ki, qəlpə yarası alan bir qadın isə həyatını itirib.

Bunu administrasiya rəhbəri Filip Pronin bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə