Dövlət Dumasının deputatı Əmir Xamitov Rusiya komandalarının fəaliyyətini dayandırması ilə bağlı Beynəlxalq Futbol Federasiyasına (FİFA) müraciət edib. SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini RİA Novosti sitat gətirir.
Xamitov Rusiya klublarını və Rusiya millisini qurumun himayəsi altında keçirilən beynəlxalq turnirlərə qaytarmağa çağırıb.
O, İsrailin, Hayfanın “Makkabi” və Təl-Əvivin “Makkabi” klublarının avrokuboklarda mübarizəni davam etdirməsinə diqqət çəkib. Deputat qrumun açıq-aşkar ikili standartlar siyasəti yaşadığını bildirib.
Yeri gəlmişkən, noyabrın 3-də Rusiyanın futbol üzrə yığması növbəti yoldaşlıq görüşündə Kuba ilə qarşılaşacaq.
Görüş noyabrın 20-də Volqoqradda, "Volqoqrad Arena" stadionunda baş tutacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB