Belarus Avropanın ən kasıb ölkələrindən biridir

Belarus Avropanın ən kasıb ölkələrindən biridir

42 Avropa ölkəsi sıralamasında müharibə edən Ukrayna və Kosovo ilə birlikdə Belarus əhalinin alıcılıq qabiliyyətinə görə Avropanın ən kasıb ölkələrindən biri olub.

SİA-nın əldə etdiyi məlumata görə, GFK sosioloji şirkətinin son araşdırmasının nəticələri “Myfin.by” tərəfindən dərc edilib.

Qeyd edək ki, GfK “Avropada alıcılıq qabiliyyəti 2023” araşdırmasının nəticələrini dərc edib.

Ekspertlər burada qitənin 42 ölkəsində bu göstəricini təhlil ediblər. Sorğuda iştirak edən 42 ölkədən 16-nın Avropa üzrə orta göstəricidən yüksək olduğunu müəyyən edilib.

Belə ki, bu, adambaşına alıcılıq qabiliyyəti orta səviyyədən aşağı olan 26 ölkə ilə ziddiyyət təşkil edir.

Reytinqdə birinci yeri Lixtenşteyn tutub. Bu ölkə vətəndaşlarının adambaşına 68 843 avro alıcılıq qabiliyyəti var. Lixtenşteyndən sonra 49 592 avro ilə İsveçrə və 40 931 avro ilə Lüksemburq gəlir.

Ən yüksək alıcılıq qabiliyyətinə malik ilk on Avropa ölkəsinə İslandiya, Danimarka, İrlandiya, Avstriya, Norveç, Almaniya və Böyük Britaniya da daxildir.

Hesabatda qeyd olunur ki, alıcılıq qabiliyyəti ən aşağı Belarus, Kosovo və çətin vəziyyətdə olan Ukraynadadır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə