Kamal Kılıçdaroğlunu Özgür Özel əvəzləyəcək?

Türkiyədə CHP-nin yeni sədri seçiləcək
Kamal Kılıçdaroğlunu Özgür Özel əvəzləyəcək?

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri seçiləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu məqsədlə CHP-nin 38-ci qurultayı keçirilir. Partiya rəhbəri vəzifəsinə hazırkı sədr Kamal Kılıçdaroğlu və türk siyasətçi Özgür Özel namizəd olaraq göstərilir.

İki gün davam edəcək qurultayın ikinci günü Partiya Məclisi və Yüksək İntizam Şurası tərəfindən sədr seçkilərinin keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, CHP türk xalqının ulu öndəri Mustafa Kamal Atatürk tərəfindən qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə