ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə gedəcək

ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə gedəcək

ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edəcək. SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində Blinken Türkiyədə bir sıra görüşlər keçirəcək.

Tərəflərin bazar ertəsi danışıqlar aparması planlaşdırılıb.

Xatırladaq ki, ABŞ dövlət katibi İsrailin Qəzzaya hücumlarından sonra üç dəfə Təl-Əvivə yollanıb. O, daha sonra region ölkələrinə səfərə başlayıb. Blinken bu gün Ammanda İordaniya, Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə