...Son 24 saat ərzində Ukraynanın müdafiə qüvvələri ilə ruslar arasında 53 hərbi toqquşma baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı noyabrın 3-ü, axşama olan hesabatda bildirib.
Beləliklə, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində şəxsi heyətin, silahların və hərbi texnikanın cəmləşdiyi ərazilərə 9, düşmənin zenit-raket komplekslərinə isə iki zərbə endirib.
Bundan əlavə, hava hücumundan müdafiə qüvvələri və vasitələri düşmənə məxsus 11 kəşfiyyat pilotsuz uçuş aparatını, 24 “Şəhəd-136/131” tipli hücum pilotsuz uçuş aparatını və bir ədəd X-59 raketini məhv edib.
Raket qüvvələrinin bölmələri rusların silah-sursat və hərbi texnikasının cəmləşdiyi 7 əraziyə, bir radiolokasiya stansiyasına, iki sursat anbarına və düşmənin 10 artilleriyasına zərbələr endirib.
...Ruslar Kupyansk istiqamətində Xarkov vilayətinin Sinkovka, İvanovka və Luqansk vilayətinin Stelmaxovka yaxınlığında uğursuz hücum əməliyyatları həyata keçirib və bütün hücumlar dəf edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Baxmut istiqamətində ruslar Donetsk vilayətinin Kleşçievka ərazisində itirilmiş mövqelərini bərpa etmək üçün səkkiz dəfə uğursuz cəhd ediblər. Bundan əlavə, işğalçılar Donetsk vilayətinin Boqdanovka və Xromovo şəhərləri yaxınlığında uğursuz hücum əməliyyatları həyata keçiriblər.
...Avdeyevka istiqamətində düşmən aviasiyanın dəstəyi ilə Donetsk vilayətinin Stepnoe, Tonenkoe, Avdeevka, Severnoye, Pervomayskoye yaşayış məntəqələri ərazilərində uğursuz hücum əməliyyatları həyata keçirib. Ümumilikdə Ukraynanın müdafiə qüvvələri bu istiqamətdə rusların 17 hücumu dəf ediblər.
Bunu da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB