Rusiya Qvardiyasında kiberqoşunlar yaradılacaq?..

Rusiya Qvardiyasında kiberqoşunlar yaradılacaq?..

...Dumanın İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Kommunikasiyalar Komitəsinin rəhbəri Aleksandr Xinşteyn, Rusiya Qvardiyasının strukturunda kiberqoşunların yaradılması ideyasını dəstəklənməyə layiq olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya Qvardiyası rəqəmsal texnologiyaların inkişafı ilə fəal məşğul olur və bu vəzifənin öhdəsindən gələcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu NEWS.ru yazıb.

Deyilənlərə görə, Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyinin 2023-cü ilin birinci yarısının nəticələrinə əsasən tərtib etdiyi idarə və regionların rəqəmsal transformasiyası reytinqinə əsasən, Rusiya Qvardiyası birinci yerdədir.

Struktur bu istiqamətdə ciddi şəkildə inkişaf edir. Əgər prezident Rusiya Qvardiyasının tərkibində kiberqoşunların formalaşdırılması vəzifəsini qarşısına qoysa, o, bunun öhdəsindən gələcək.

Qeyd edək ki, Xinşteyn buna dəqiq əmin olduğunu da gizlətməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə