Bütün dünyada internet istifadəçiləri Fələstinə İsraildən daha çox dəstək ifadə ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Economist” jurnalı yayıb.
Statistikaya görə, yəhudi dövləti bütün populyar sosial şəbəkələrdə, Twitter (X), İnstsgram və YouTubedə məğlub olub.
Keçən ay baş verən hücumlardan sonra İsrailə simpatiya quruyub. Jurnal yazır ki, fələstinli tərəfdarlar təkcə küçələrə deyil, həm də klaviaturalarının başına da çıxıblar.
Belə ki, İnstsgram-da respondentlərin 48 faizi Fələstini, 31 faizi isə İsraili dəstəkləyib. Twitterdə (X) fərq daha da geniş idi: 33 faiz qarşı 17 faiz. YouTube platformasında istifadəçilərin 82 faizi neytral mövqe seçib, 11 faizi Fələstinə, 7 faizi isə İsrailə səs verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB