“HƏMAS”ın İzzəddin əl-Qəssam hərbi birləşmələri və digər müqavimət qüvvələrinin oktyabrın 7-də gözlənilməz əməliyyata başlaması və İsraili hədəf alması ilə böyük bir qarşıdurma başlasa da, İsrail ilkin şokdan çıxdıqdan sonra qisas ala bilmək üçün Qəzza zolağına zərbə endirməyə başladı. Qəzzada böyük humanitar faciə yaşanarkən İsrail yerüstü hücum planlaşdırır. İsrailin hərəkət kursu fələstinliləri Qəzzadan deportasiya etmək istədiyini göstərsə də, Livan xəttində Hizbullahın müharibəyə daxil olması ilə regional münaqişə ehtimalı günü-gündən daha aydın görünür. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
“HƏMAS”ın İzzəddin əl-Qəssam hərbi birləşmələri və digər müqavimət qüvvələri oktyabrın 7-də səhər radələrində gözlənilməz əməliyyat başlatdı, qısa müddətdə İsrailin Qəzza ətrafında yerləşən hərbi bazaları ələ keçirildi, müqavimət qruplarının istifadə etdiyi yeni hərbi texnika, taktika və doktrinaları İsraili şoka saldı.
İsrail ordusu cavab verməkdə çətinlik çəkərkən, fələstinlilər qısa müddət ərzində Qəzzadan təqribən 2-3 dəfə böyük olan ərazini ələ keçirməyi bacardı. Eyni zamanda İsrailin işğal etdiyi torpaqlarda qurduğu yaşayış məntəqələri də hədəfə alındı və orda məskunlaşan çox sayda insan öldürüldü. Fələstinlilər 250-yə yaxın əsgər və mühaciri əsir götürərək Qəzzaya apardılar. Bütün bunlarla eyni vaxtda İsrailə raketlər atıldı.
İsrail ciddi şok yaşadı, Qəzza ətrafındakı hərbi hissələrinin ləğvi və əsir götürülməsi onlarda uzun müddətdir yaşamadıqları bir qorxuya səbəb oldu və ABŞ çox tez bir vaxtda hərbi yardım bəyanatları verdi və hava körpüsü yaratdı. Bir müddət sonra əks hücuma keçən İsrail ordusu yaşayış məntəqələrini geri aldı və Qəzzaya ağır hava zərbələri endirdi. Əsasən onilliklərdir blokadada olan Qəzzaya su, qida və elektrik enerjisinin verilməsinin qarşısını alaraq kollektiv cəzalandırma təşəbbüsü ilə çıxış etdi. İsrail ordusu və mülki rəsmiləri yerüstü hücum ediləcəyini vurğulasa da, Qəzzanın infrastrukturu və üst quruluşu hədəfə alınır. Bu yazı qələmə alındığı ana qədər Qəzzada 5 mindən çox adam öldürülüb və onların böyük əksəriyyəti uşaq və qadındır. İsrail Qəzzanı yaşamaq üçün yararsız hala salaraq fələsinliləri Sinay yarımadasına sürgün etmək üçün cəhd göstərir. Qəssam isə uzun müddətdir ki, yerüstü işğalına hazırlaşır. Qəzzanın yeraltı yüzlərlə kilometr tunel xəttləri ilə təchiz olunub və asimmetrik bir qüvvə olaraq yaşayış məntəqələri üzərində müharibəni gözləyir.
Bunlar Qəzza oxunda baş verərkən, Livan sərhədi də çox fəaldır. Oktyabrın 7-dən indiyədək sərhəd xəttində İsraillə Hizbullah arasında toqquşmalar gedir. Hələ genişmiqyaslı müharibəyə çevrilməyib, lakin hər iki tərəf itki verməkdə davam edir və toqquşmalar getdikcə artmaqdadır. İrana bağlı “müqavimət” qanadının bir hissəsi olan Hizbullah İsrailin qurudan hücuma keçəcəyi təqdirdə müharibədə tam iştirak edəcəkləri ilə hədələdiyi halda, İrana bağlı digər vəkil qruplar da İraq və Suriya xəttində ABŞ bazalarını vurmağa başladılar.
İsrail Qəzzanı amansızcasına hədəfə almağa davam edir və yerüstü hücumla müharibənin regional miqyas alma ehtimalı çox yüksəkdir. Təbii ki, ABŞ-ın bölgədə hərbi yığınağı da diqqət çəkir. Giritdən Kıbrısa (Kipr) qədər elə görünür ki, ABŞ böyük müharibəyə hazırlaşır. Qərb ölkələrinin İsrailə qeyri-məhdud dəstəyi İsraili daha da aqressivləşdirsə də, onlar bütün Orta Şərqi fəlakətə sürükləyirlər. Qərb dövlətləri, xüsusən də ABŞ, İsrail tərəfindən öz maraqlarından kənar manipulyasiya edilir və vəziyyət heç kimə fayda verməyəcək bir gərginlik dalğasına səbəb olur.
Türkiyə bu dairədən çıxılması üçün sürətli şəkildə atəşkəs və bunun ətrafında siyasi həll təklifi ilə məsələyə yanaşır. Prezident Ərdoğan İsrailin Qəzzada törətdiyi qırğınlara qarşı daha sərt davransa da, hələ də həll yolu üçün mübarizəsini davam etdirir, qarant dövlət olma vasitəsilə həll yolunu təklif edir. Əks halda, hamının zərər görəcəyi münaqişə spiralından çıxmağın mümkün olmadığını vurğulayır. Burada ilkin planda atəşkəs, israilli və fələstinli əsirlərin sərbəst buraxılması, Qəzzada blokadanın aradan qaldırılması, Türkiyə əsgərləri də daxil olmaqla sülhməramlıların Qəzzaya göndərilməsi, ardınca geniş tərkibli beynəlxalq konfransın təşkili kimi konkret təkliflər diqqəti cəlb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



