Entoni Blinken İsxak Hersoq və Binyamin Netanyahu ilə görüşüb

Entoni Blinken İsxak Hersoq və Binyamin Netanyahu ilə görüşüb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken İsraildə səfərdədir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Entoni Blinken İsrailin paytaxtı Təl-Əvivə səfəri çərçivəsində prezident İsxak Hersoq və baş nazir Benyamin Netanyahu ilə görüşüb.
İsrail Nazirlər Kabinetindən verilən açıqlamaya görə, Blinken ilk olaraq Binyamin Netanyahu haha sonra isə İsrailin Hərbi Kabineti ilə görüşüb.
Bildirilib ki, Binyamin Netanyahu görüşdə Blinkenə ''Həmas''ın hücumlarına dair videolar izlədib.
Qeyd edək ki, Entoni Blinken və İsxak Hersoq görüşdən əvvəl jurnalistlərə açıqlamalar verib.
İsxak Hersoq Qəzzaya etdikləri hücumları "özünümüdafiə" hüquqları çərçivəsində həyata keçirdiklərini ifadə edib.
Blinken də öz növbəsində deyib: “Bu, çox çətin günlərdir. Biz həmişə olduğu kimi buradayıq və İsraillə həmrəyliyimizi davam etdirəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə