Məhkəmənin həyətində qətl törədilib

Məhkəmənin həyətində qətl törədilib

Qadın boşanmaq üçün getdiyi ədliyyənin həyətində əri tərəfindən öldürülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində baş verib. Belə ki, 24 yaşlı Alaattin Keçkin boşanmaq üçün getdiyi həyat yoldaşı 23 yaşlı Neşe Keçkini bıçaqlayaraq öldürüb.

Hadisə dünən səhər saatlarında "Seferihisar" ədliyyəsində baş verib. Həyat yoldaşı Alaattin Keçkinlə bir müddətdir problem yaşayan iki uşaq anası Neşe Keçkin boşanmaq üçün məhkəməyə gedib. Həyat yoldaşının arxasınca gedən Keçkin barışmaq istədiyini bildirib. Neşe Keçkin bu təklifi qəbul etməyib. Qəzəblənən Keçkin ədliyyə bağçasında həyat yoldaşına bıçaqla hücum edib.

Polis əməkdaşı vəziyyəti görüb və müdaxilə edib. Bu arada cütlüyün qohumlarının qarışması ilə dava düşüb. Keçkin əvvəlcə polis məmurunun əlindən, sonra həyat yoldaşının sinəsindən bıçaqlayıb. Təcili yardımla xəstəxanasına aparılan qadının həyatını xilas etmək mümkün olmayıb. Xəsarət alan polis məmuru xəstəxanada müalicə olunduqdan sonra buraxılıb. Qatil məhkəmə qərarı ilə həbs edilib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə