ABŞ-ın təyyarədaşıyan gəmisi Aralıq dənizinə nə məqsədlə gətirilib?
Rusiyanın “Vaqner” PMC hərbi qruplaşması “Pantsir-S1” hava hücumundan müdafiə sistemini Livanın radikal “Hizbullah” qruplaşmasına ötürə bilər..?
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The World Street Journal” amerikalı rəsmilərə və ABŞ kəşfiyyatına istinadən yayıblar.
Qeyd edək ki, burada söhbət təyyarələrin qarşısını almaq üçün zenit raketləri və hava hücumundan müdafiə toplarından istifadə edən sistemdən gedir.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Vaşinqton hələlik sistemin göndərilməsini təsdiqləməyib, lakin “Vaqner” PMC və “Hizbullah”ın iştirakı ilə aparılan müzakirələri izləyir.
Qeyd edilməlidir ki, Birləşmiş Ştatlar Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatına qarşı hərbi əməliyyat zamanı Livan qruplarının İsrailə qarşı şimal cəbhəsi yerləşdirməsindən çəkindirmək üçün bu yaxınlarda Aralıq dənizinə təyyarədaşıyan gəmisini göndərib.
Yeri gəlmişkən, “Vaqner” PMC və “Hizbullah” Suriyada prezident Bəşər Əsəd rejiminin tərəfində fəaliyyət göstərir və döyüşür.
Dəməşqin nəzarətində olan ordu “Pantsir-S1” ilə silahlandırılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB