Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib ki, Qəzzada vəzifəsini yerinə yetirərkən öldürülən mətbuat mənsublarına beynəlxalq ictimaiyyət, mətbuat və media qurumları sərt reaksiya göstərməlidir. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
F.Altun sosial media hesabında etdiyi paylaşımda 7 oktyabr 2023-cü ildən bu yana İsrailin Qəzzaya ağır hücumlarında 38 jurnalistin həyatını itirdiyini bildirib.
F.Altun uşaqların, qadınların, qocaların, jurnalistlərin, tibb işçilərinin də olduğu insanların qətlə yetirildiyi, insan haqları pozuntularının pik həddə çatdığı, mətbuat azadlığının, məlumat almaq hüququnun gözdən yayındırıldığı, əngəlləndiyi, hətta vəzifəsini yerinə yetirən jurnalistlərin öldürüldüyü bu prosesin qəbuledilməz olduğunu vurğulayıb:
“Beynəlxalq ictimaiyyət, mətbuat və media qurumları bu biabırçılığa və humanitar böhrana qarşı daha çox səs ucaltmalı, vəzifəsini yerinə yetirərkən şəhid olan mətbuat mənsubları üçün sərt reaksiya göstərməlidir”.
F.Altun İsraili hücumları dərhal dayandırmağa çağırıb.
Qeyd edək ki, "Həmas"ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin “Fələstinlilərə və onların müqəddəs dəyərlərinə, xüsusilə də Əqsa məscinidə qarşı davamlı pozuntularına” cavab vermək əsasında oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail ordusu da Qəzza zolağına intensiv hava bombardmanları başladıb.
İsrail rəsmiləri Qəzzadan gələn hücumlarda 300-dən çoxu əsgər olmaqla 1400-dən çox israillinin öldüyünü, 5132 nəfərin isə yaralandığını açıqlayıb. Qəzza zolağındakı quru əməliyyatında baş verən qarşıdurmalarda isə 31 oktyabrdan bəri öldürülən İsrail əsgərlərinin sayının 17-yə çatdığı açıqlanıb.
İsrail Ordusunun sözçüsü Daniel Hagari Qəzzada Qəssam Briqadalarının əlində 240 israilli əsir olduğunu qeyd edib.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 3648-i uşaq və 2290-ı qadın olmaqla 8796 fələstinlinin həlak olduğunu, 22219 nəfərin isə yaralandığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



