Rusiya XİN-i Zelenskinin “sülh formulu”ndan danışıb

Rusiya XİN-i Zelenskinin “sülh formulu”ndan danışıb

Ukrayna prezidenti Vladimir Zelenskinin verdiyi sözdə sülh formulasının 140-dan çox ölkə tərəfindən dəstəkləndiyinə dair təminat, doğru deyil.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk bildirib.

Onun sözlərinə görə, Kiyev və Vaşinqton qlobal Cənub dövlətlərini “formula”nı dəstəkləməyə inandırmaq üçün “aldatmağa və şantaj etməyə” çalışırlar.

...Sentyabrda BMT Baş Assambleyasında çıxış edən Zelenski onun sülh formulasını artıq 140-dan çox ölkəinin dəstəklədiyini deyib. Təbii ki, bu, növbəti yalandır.

Rusiyalı diplomat bildirib bunu.

Xatırladaq ki, sentyabrda BMT Təhlükəsizlik Şurasının sessiyası zamanı Zelenski “sülh formulunun” beş bəndini – cəza, həyatın qorunması, bərpa və təhlükəsizlik təminatları, habelə qətiyyəti dilə gətirmişdi. O, həmçinin bəyan etmişdi ki, onun fikrincə, münaqişəyə son qoymaq üçün Rusiya iki şərti yerinə yetirməlidir.

Siyasətçinin tələblərindən biri də Rusiya Silahlı Qüvvələrinin 1991-ci il sərhədləri daxilində Ukrayna ərazisindən tamamilə çıxarılmasıdır. O əlavə edərək Moskvanın bütün dövlət sərhədini, Qara və Azov dənizlərindəki müstəsna iqtisadi zonanı, eləcə də Kerç boğazı üzərində nəzarəti ona verməli olduğunu bildirmişdi.

Qeyd edək k, Moskva bu formulanı “reallıqdan ayrı” adlandırıb.

Maraqlısı odur ki, rusların yazdığına görə, guya layihəni qiymətləndirməyən Pekin, oktyabrda Maltada "sülh formulunun" həyata keçirilməsinə həsr olunmuş iclasda iştirakdan imtina edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə