Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlərlə bağlı görüşdə Qərbin sanksiyaları mövzusunu qaldırıb.
SİA TASS-a istinadən yazır ki, dövlət başçısı qeyd edib ki, anti-Rusiya məhdudiyyətləri ilk növbədə ABŞ və Avropa İttifaqının iqtisadiyyatına zərbə vurur.
...Qərb özü artıq bu sanksiyalara qarışıb və öz iqtisadiyyatına zərbə vurub.
Bunu deyən Putin, Vaşinqton və Brüssel tərəfindən məhdudlaşdırıcı tədbirlərin daha da gücləndiriləcəyini də istisna etməyib.
Qeyd edək ki, Putin bu arada bir az məzə dolu ifadə ilə Avropa İttifaqından nə qədər az tədarük edilsə, bir o qədər yaxşıdır deyib. Putinə görə, bu halda Avropadan yataq böcəklərinin idxalı şansı əhəmiyyətli dərəcədə azalacaq.
Yadınızda olar, bir müddət bundan əvvəl Fransa başda olmaqla bir sıra Avropa ölkələri “Qərbi basmış” yataq böcəklərindən “dad edirdilər”. Maraqlıdır ki, onlar bu böcəklərin məhz Rusiyadan göndərildiyinə də şübhə etmirdilər.
Belə ki, həmən ərəfədə "Fəth olunmamış Fransa" parlament fraksiyasının rəhbəri Matilda Pano həşəratların “bu ölkədə milyonlarla ailə üçün cəhənnəmə çevrildiyini” söyləmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB