Moskvanın Babuşkinski məhkəməsi dindarların hisslərini təhqir etdiyinə görə Nadejda Tolokonnikovanın qiyabi həbsindən imtina edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mediazona xəbər verir.
Qeyd edək ki, Tolokonnikovaya qarşı cinayət işinin açılması faktı mart ayında məlum olub. Buna səbəb onun sosial şəbəkələrdəki nəşrlər idi, amma dəqiq nə ilə bağlı olması məlum deyildi.
Yeri gəlmişkən, 2012-ci ilin avqustunda Tolokonnikova və digər iki “Pussy Riot” üzvü Mariya Alexina və Yekaterina Samutseviç Xilaskar Məsihin Katedralində “pank duası”na görə iki il müddətinə azadlıqdan məhrum edilmişdilər. Tolokonnikova və Alyoxina iki ilə yaxın həbsdə oldular və 2013-cü ilin dekabrında amnistiyaya əsasən azadlığa çıxıblar. Samutseviçə isə kassasiya şikayətindən sonra Moskva Şəhər Məhkəməsi tərəfindən iki il sınaq müddəti təyin edilib.
Xatırladaq ki, “Pussy Riot” işindən sonra Rusiya qanunvericiliyinə dindarların hisslərini təhqir etmə maddəsi üzrə cinayət cəzaları əlavə edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB