Ermənistandan nişansız siqaret daşıyan şəxs saxlanılıb…

Ermənistandan nişansız siqaret daşıyan şəxs saxlanılıb…

Şimali Osetiyada saxta tütün daşıyan yük maşını saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mash Gor Telegram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, saxta tütün sahibi Ermənistandan nişansız siqaret aparırmış. Lakin onun avtomobilinə keçid məntəqəsində baxış keçirilib.

Ekspertiza yük maşınında 18 milyon rubl dəyərində mal olduğunu göstərib.

Faktla bağlı cinayət işi başlanıb.

Yeri gəlmişkən bir müddət bundan əvvəl Kalininqrad vilayətində polis 550 kiloqramdan çox xam kəhrəba ələ keçirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə