300-dən çox əcnəbi Qəzza zolağından Misirə gedib

300-dən çox əcnəbi Qəzza zolağından Misirə gedib

Çərşənbə günü, noyabrın 1-də bölgədən təxliyənin ilk günündə 300-dən çox insan Qəzza zolağından sərhədi keçərək Misirə keçib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Misir təhlükəsizlik xidmətindəki mənbələrə və Fələstin rəsmisinə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Sektoru bir neçə yüz nəfərin tərk etməsi barədə AFP və CBS News də məlumat verib.

Bundan əvvəl Qəzzəyə nəzarət edən radikal Fələstin qruplaşması HƏMAS ölkədən çıxmasına icazə verilən təxminən 500 əcnəbi və ikinci vətəndaşlığı olan fələstinlilərin siyahısını dərc etmişdi.

Lakin Rusiya və ABŞ vətəndaşları hələlik siyahıya daxil edilməyib. Təxliyyələrin yaxın günlərdə də davam edəcəyi gözlənilir.

Xatıladaq ki, İsrail ordusu oktyabrın 7-də HƏMAS və İslami Cihadın İsrailin cənubuna hücumuna cavab olaraq Qəzza zolağında “Dəmir Qılınclar” əməliyyatı keçirir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə