İsrail Müdafiə Qüvvələrinin briqada generalı İtzik Koen ordunun 162-ci diviziyasının Qəzza şəhərinin qapılarına çatdığını bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Haaretz” xəbər verir.
...Diviziyanın qüvvələri Qəzza zolağının dərinliklərində Qəzza şəhərinin qapılarındadır.
İtzik Koen bildirib bunu.
Qeyd edək ki, bir müddət bundan əvvəl İsrail ordusu Qəzza zolağında quru əməliyyatlarının genişləndirilməsini yenidən elan edib.
Ordu rəsmilərinin sözlərinə görə, hazırda İsrail ordusunun quru bölmələri dəniz və havadan dəstək alırlar.
...İsrail Müdafiə Qüvvələrinin qoşunları quru, hava və dəniz qüvvələrinin birgə çoxsahəli səyləri çərçivəsində Qəzza zolağında quru əməliyyatlarını davam etdirir.
İsrail ordusu bildirib bunu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB