…Rusiya təhlükəsizlik qüvvələri ilə əlaqəli “VChK-OGPU” Telegram kanalı bu gün Xerson vilayətinin işğal olunmuş hissəsində yerləşən və bu həftə general-polkovnik Mixail Teplinskinin rəhbərlik etdiyi “Dnepr” qrupunun komanda məntəqəsinə zərbə endirildiyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda ən azı bir əsgərin həlak olduğu, bir neçəsinin isə ağır yaralandığı məlumdur. Mixail Teplinskinin həmin an komanda məntəqəsində olub-olmadığı hələ ki, məlum deyil.
Hazırda zərbənin baş verdiyi ərazi mühasirəyə alınıb, vurulma faktı ilə bağlı məlumatların yayılmasının qarşısını almaq üçün göstəriş verilib.
Yeri gəlmişkən, mətbuat mərkəzi daha bir ATACMS raketinin uğurla məhv edilməsi ilə bağlı bəyanat hazırlayır.
Bunu da Telegram kanalı yazır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB