"HƏMAS"ın silahlı qanadı Qəssam Briqadaları əsir götürdükləri əcnəbi vətəndaşların bəzilərini Qəzzada saxlamaq istəmədikləri üçün vasitəçilərə məlumat verdiklərini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde videomüraciətində İsrailin blokadası altında olan Qəzza zolağında saxlanılan israilli və əcnəbi əsirlərdən danışıb.
Əbu Ubeyde müxtəlif ölkələrdən gələn tələblər əsasında əllərində olan əcnəbi əsirlərin bir hissəsini Qəzzada saxlamaq istəmədikləri üçün yaxın zamanda azad edəcəklərini vasitəçilərə çatdırdıqlarını bildirib:
"Bizim onları Qəzzada saxlamağa ehtiyacımız yoxdur”.
Əbu Ubeyde İsrailin quru əməliyyatı ilə bir əsgəri xilas etdiyinə dair bəyanatını təkzib edərək, "İsrailin İzzəddin Qəssamın əlində olan əsirlə əlaqə saxlamasının mümkün olmadığını" və bunun Qəzza zolağında digər qruplar və ya şəxslər tərəfindən saxlanılan əsirlərdən biri ola biləcəyini bildirib.
Əbu Ubeydə "Əgər (Baş nazir) Benyamin Netanyahu bir aylıq müharibədən sonra bir əsirin azad edilməsi ilə öyünür və bayram edirsə, bu üsulla Qəzzada qalan əsirləri xilas etməsi 20 il çəkəcək" deyib.
Netanyahunun Qəzza zolağındakı məğlubiyyəti ilə siyasi gələcəyinə son qoyacağını vurğulayan Əbu Ubeyde "Bu, işğalçı quruluşun sonunun başlanğıcı olacaq" deyib.
İsrail ordusunun qurudan Qəzzaya girməyə başladığı gündən bu yana 22 İsrail hərbi avtomobilini məhv etdiklərini bildirən Əbu Ubeyde Qəssam Briqadaları üzvlərinin İsrail qüvvələri ilə qarşıdurmalara girərək çoxlu itki verdiyinə diqqət çəkib.
İsrail ordusuna qarşı müdafiə hərəkətlərinin davam etdiyini və bu hərəkətlərin yalnız başlanğıc olduğunu vurğulayan Əbu Ubeyde “Qəzza zolağı düşmən üçün məzar olacaq” deyib.
Əbu Ubeyde əlavə edib ki, Qəzza zolağı yaxınlığında ilk dəfə istifadə etdikləri torpedo ilə son vaxtlar dənizdəki bəzi hədəflərə hücum ediblər.
Xatırladaq ki, “"HƏMAS"ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki, minlərlə yaralı var.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Husilər 700 əsgəri girov götürdü
Dünya 04:06"Fənərbağça" İngiltərədə DARMADAĞIN OLDU!
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



