Yox, onun bu ölkədə tutulmaq ehtimalı yoxdur...

Haaqada həbs qərarı çıxarılan Putinin şəriki Minskə gəlib
Yox, onun bu ölkədə tutulmaq ehtimalı yoxdur...

Bu arada Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova Belarusa gəlib. Xatırladaq ki, onun həbsi ilə bağlı Haaqa məhkəməsi qərar verib.

Belliklə, noyabrın 1-də Minskə gələn Mariya Lvova-Belova burada Rusiyanın Belarusdakı səfiri Boris Qrızlovla görüşüb.

Rusiyalı diplomatın sözlərinə görə, 2021-ci ildə Ukraynanın Rusiya tərəfindən işğal olunmuş rayonlarından 2250 uşaq Belarusa gətirilib. Qrızlov Belarus və Rusiyanın ukraynalı uşaqları bundan sonra da deportasiya etməyə davam edəcəyini bildirib.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, Lvova-Belova “Ukraynalı uşaqların dinc həyat tərzinə qayıtmasına kömək etməklə böyük töhfə verən” Belarusa çox minnətdardır.

Xatırladaq ki, bu ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və bu ölkədəki Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqların qanunsuz deportasiyası və köçkünlüyünə görə həbsinə order verib.

Yeri gəlmişkən Ukraynanın işğal olunmuş ərazilərindən uşaqlar hələ 2016-cı ildən Belarusa gətirilməyə başlayıbmış. Deyilənlərə görə, son zamanlar bu ölkədə bununla paralimpiyaçı və hökumətyönlü fəal Aleksey Talayın fondu məşğul olur.

Bu il aprelin 27-də AŞPA qətnamə qəbul edərək, ukraynalı uşaqların Rusiyaya məcburi deportasiyasını soyqırım, Aleksandr Lukaşenko və Belarus hökumətini isə bunda iştirakçı kimi tanıyıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə