Polşa Ukraynaya xəbərdarlıq edib

Nəzarət-buraxılış məntəqəsini bloklamaq təhlükəsi ilə bağlı...

Polşa aviadaşıyıcıları noyabrın 3-dən ilin sonuna qədər keçid məntəqələrini bağlamağı planlaşdırır.

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri Andrey Demçenko “Rada” telekanalına danışarkən bunun Polşa tərəfindən xəbərdarlıq edildiyinim bildirib.

Demçenkonun sözlərinə görə, oktyabrın 31-də o, polşalı həmkarları ilə görüşüb və həmin görüş zamanı polşalı sürücülərin tətilinin noyabrın 3-də başlaya biləcəyini bəyan ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, Kiyev Polşa aviadaşıyıcılarının hansı addımlar ata biləcəyi ilə bağlı Varşavadan ətraflı izahat gözləyir.

Bundan əvvəl Ukrayna Avtomobil İstehsalçıları Assosiasiyası "Ukravtoprom" bildirmişdi ki, Polşa daşıyıcıları noyabrda tətilə başlaya və bütün məntəqələri bağlaya bilərlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə