Çeçenistan rəhbəri Ramzan Kadırov mümkün kütləvi iğtişaşların ciddi şəkildə yatırılmasını və lazım gələrsə, onların iştirakçılarının “alnından” güllələnməsini tapşırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu bəyanat bazar günü axşam saatlarında Dağıstanda hava limanının ələ keçirilməsi fonunda verilib. Qeyd edək ki, yüzlərlə insanın iştirak etdiyi antisemit aksiya iğtişaşlara çevrilib.
...İcazəsiz iğtişaşlar törədən bir nəfər də olsa, onu saxlayıb həbs edin, yaxud havaya üç dəfə xəbərdarlıq atəşi açın və bundan sonra həmin şəxs qanuna əməl etmirsə, alnından dördüncü gülləni vurun. Bundan sonra onlar daha çıxmayacaqlar. Bu mənim əmrimdir.
Sizi bilmirəm, amma mənim, Ramzanın bu əmrinə “çırt bu yandakı gözünə” deməyim gəlir.
Xatırladaq ki, Kadırov bunu çərşənbə axşamı respublika hökumətində keçirilən iclasda Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyasının nümayəndələrinə deyib.
Qeyd edək ki, Kadırov dünən gecə Çeçenistanda “təxribat” cəhdinin qarşısı alındığını desə də, o, başqa təfərrüatları açıqlamayıb.
Çeçenistan rəhbəri, Rusiya prezidenti Vladimir Putin kimi, Ukraynanı və Qərb ölkələrini antisemit iğtişaşlara “ilham verməkdə” ittiham edib. Ukrayna Xarici İşlər Nazirliyi bunu Rusiya tərəfinin Kiyevin antisemit qırğını təşkil etməkdə iştirakı ilə bağlı ittihamlarını “ağrıyan başdan sağlam başa keçmək cəhdi” adlandırıb.
Putin kimi Kadırov da Fələstinə kömək etmək istəyənləri Ukraynada müharibəyə çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB