Belarus Rusiyadan təzminat tələb edib

BelAES-in işə salınmasının gecikməsinə görə...
Belarus Rusiyadan təzminat tələb edib

Belarus Rusiya qarşısında BelAES-in gec istifadəyə verilməsi ilə əlaqədar kompensasiyaların ödənilməsi məsələsini qaldırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, AES-in istifadəyə verilməsi vaxtı Rusiya tərəfi ucbatından yubanıb.

...Təbii ki, müqaviləyə əsasən, biz onların qarşısında kompensasiya məsələsini qaldırdıq. Bunu gizlətməyə ehtiyac yoxdur. Orada qeyri-adi heç nə yox idi. Amma stansiyanın istismara verilməsi müddətlərinin pozulduğu üçün belə suallar yaranıb. Rusiya tərəfi buna görə məsuliyyət daşıyır.

Bunu deyən Lukaşenko, həmçinin əlavə edib ki, Rusiya təzminat olaraq nüvə yanacağının “stansiyalarına” satışını və əsas komponentlərə beş illik zəmanət təklif edib.

Xatırladaq ki, Belarus atom elektrik stansiyası Qrodno vilayətində yerləşir. Hələ 2020-ci ilin noyabrında Aleksandr Lukaşenko ilk enerji blokunun tikintisi başa çatdıqdan sonra stansiyanın rəsmi açılışını edib.

Beləliklə, 2022-ci ilin noyabrında fəaliyyətə başladığı ilk iki ildə BelAES vaxtın yarısından çoxunu boş qalıb. Ümumilikdə, bir il üçün nəzərdə tutulan elektrik enerjisinin yarısından bir qədər çox istehsal edib.

Enerji asılılığından çıxış yolu kimi təqdim edilən zavodun tikintisi üçün Belarusun Rusiyaya 10 milyard dollar kredit borcu var. Rusiya həm də stansiyanın yanacaq tədarükçüsüdür.

...İkinci enerji bloku bu ilin iyul ayında şəbəkəyə qoşulsa da, hələ də kommersiya istismarına verilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə