“Hepatit A” peyvəndi artıq Türkiyədə istehsal olunacaq"

Paytaxt Ankarada KeyVac Peyvəndi İstehsal Mərkəzinin açılış mərasimində çıxış edən Ərdoğan ümumi fabrik sahəsi 29 min kvadratmetr olan “KeyVac”ın peyvənd sahəsində aparıcı rol oynayacağını söyləyərək deyib ...
“Hepatit A” peyvəndi artıq Türkiyədə istehsal olunacaq"

Prezident Rəcəb Tayyib Ərdoğan “Hepatit A” peyvəndinin artıq Türkiyədə istehsal olunacağını açıqladı.

SİA-nın əldə etdiyi məlumata görə, paytaxt Ankarada KeyVac Peyvəndi İstehsal Mərkəzinin açılış mərasimində çıxış edən Ərdoğan ümumi fabrik sahəsi 29 min kvadratmetr olan “KeyVac”ın peyvənd sahəsində aparıcı rol oynayacağını söyləyərək deyib: “Türkiyə yeni növ koronavirus (Covid-19) prosesini bir çox ölkədən daha uğurla keçdi… Epidemiya dövründə 161 ölkə və 12 beynəlxalq təşkilata tibbi avadanlıq dəstəyi göstərməklə humanitar borcumuzu yerinə yetirdik… Ölkəmiz ötən əsrin ən böyük epidemiya böhranından sonra daha da gücləndi və dostlarının sayını artırdı… Daha çox xaricdən gətirilən “Hepatit” A peyvəndi artıq Türkiyədə istehsal olunacaq. Türkiyə ən yüksək standartlarda “Hepatit A” peyvəndi istehsal edən 4-cü ölkə olacaq. Xaricdən asılılığımız azalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə